Visa-nın tərəfdaşlarından onlayn təhsil üçün xüsusi sərfəli şərtlər

British Council, FutureLearn, Emeritus, 2U GetSmarter, edX - özünüzü inkişaf etdirmək üçün bu aparıcı onlayn təhsil platformalarından birini seçin və Visa kart sahibləri üçün xüsusi endirimlər əldə edin
A smiling young woman with curly hair and glasses holding and looking at a small union jack flag in an indoor setting.

30 sentyabr 2024 tarixinədək

British Council

İngilis dili kurslarına 10% endirim

İngilis dilini British Council ilə öyrənin və yeni biliklərlə yanaşı dərslərə 10% endirim əldə edin.

Təklifdən istifadə etmək üçün istənilən təhsil tarifini Visa kartı ilə xüsusi linkdən ödəyin, endirim avtomatik tətbiq edilsin.

Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

Nəzərinizə çatdırırıq ki, Visa kart sahibləri üçün xüsusi təklif digər aksiyalar və təkliflərlə cəmlənmir.

  • Əgər təhsil ödənişini yuxarıda qeyd edilən xüsusi link vasitəsilə həyata keçirmirsinizsə, endirim tətbiq edilməyəcək.
  • Aksiyanın təşkilatçısı heç bir əlavə məlumat vermədən təklifin şərtlərini və müddətini dəyişdirə bilər.
  • Visa şirkəti məlumatın düzgünlüyünə heç bir zəmanət vermir. Zəhmət olmasa, təklifin mövcudluğunu və keçərliliyini dəqiqləşdirmək üçün birbaşa British Council ilə əlaqə saxlayın.
A man with glasses, wearing a red shirt, intently looking at a laptop screen in a bright, modern office setting.

30 sentyabr 2024 tarixinədək

FutureLearn

Qısamüddətli kurslara 20% endirim

Visa-dan 20% endirimlə FutureLearn platformasında dünya miqyaslı universitetlərdən və mütəxəssislərdən yeni bacarıqlar öyrənin.

Təklifdən istifadə etmək üçün bu linkdən platformadakı qısamüddətli kurslardan birini seçin və ödəniş zamanı Visa-nın xüsusi promokodunu daxil edin - FUTURELEARN20. Endirim avtomatik tətbiq ediləcək.

Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

Nəzərinizə çatdırırıq ki, xüsusi təklif yalnız FutureLearn platformasında qeydiyyatdan keçmiş istifadəçilər üçün keçərlidir.

  • Promokod yalnız yuxarıda qeyd edilən linkdəki müəyyən qısamüddətli kursları əhatə edir və Microcredentials, ExpertTracks daxil olmaqla, FutureLearn-dəki digər kurslara, premium-kursların əldə edilməsinə, limitsiz illik və ya aylıq abunəliyə, yaxud kredit məlumatı olan istənilən digər kurslara aid edilmir.
  • Promokoddan yalnız bir dəfə platformadakı bir qısamüddətli kursun əldə edilməsi üçün istifadə etmək mümkündür.
  • Promokod yalnız Visa kart sahibləri üçün keçərlidir və başqasına ötürülə bilməz.
  • Kodu nağd pul və ya kreditlə dəyişdirmək olmaz, o, müvafiq kursda boş yerlərin olmasından asılıdır və 30 sentyabr 2024 tarixinədək istifadə olunmalıdır.
  • Visa kart sahibləri üçün xüsusi təklif digər aksiyalar və təkliflərlə cəmlənmir.
  • Aksiyanın təşkilatçısı heç bir əlavə məlumat vermədən təklifin şərtlərini və müddətini dəyişdirə bilər.
  • Visa şirkəti məlumatın düzgünlüyünə heç bir zəmanət vermir. Zəhmət olmasa, təklifin mövcudluğunu və keçərliliyini dəqiqləşdirmək üçün birbaşa FutureLearn ilə əlaqə saxlayın.
A woman in a yellow blouse and glasses smiling while working on a laptop in a bright office space.

30 sentyabr 2024 tarixinədək

Emeritus

Seçilmiş kurslara 10% endirim

Visa-dan 10% endirimlə Emeritus-da 10-dan çox müxtəlif təhsil istiqamətindən birini seçin və peşəkar bacarıqlarınızı artırın.

Təklifdən istifadə etmək üçün bu linkdən platformadakı kurslardan birini seçin, kursun broşürünü yükləyin və kursa müraciət ərizəsini doldurun. Ərizəni doldurduqdan sonra sizə 10% endirim verən xüsusi VISA10 promokodunu əlavə edin və ödənişi Visa kartınızla həyata keçirin. Endirim avtomatik tətbiq olunacaq.

Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

Nəzərinizə çatdırırıq ki, Visa kart sahibləri üçün xüsusi təklif digər aksiyalar və təkliflərlə cəmlənmir.

  • Aksiyanın təşkilatçısı heç bir əlavə məlumat vermədən təklifin şərtlərini və müddətini dəyişdirə bilər.
  • Promokod yalnız Visa kart sahibləri üçün keçərlidir və başqasına ötürülə bilməz.
  • Kodu nağd pul və ya kreditlə dəyişdirmək olmaz, o, müvafiq kursda boş yerlərin olmasından asılıdır və 30 sentyabr 2024 tarixinədək istifadə olunmalıdır.
  • Visa şirkəti məlumatın düzgünlüyünə heç bir zəmanət vermir. Zəhmət olmasa, təklifin mövcudluğunu və keçərliliyini dəqiqləşdirmək üçün birbaşa FutureLearn ilə əlaqə saxlayın.
A focused young woman with curly red hair, wearing a yellow shirt, writing in a notebook at a white table.

30 sentyabr 2024 tarixinədək

2U GetSmarter

Qısamüddətli kurslara 15% endirim

Visa-dan 15% endirimlə GetSmarter platformasında 6-8 həftə ərzində dünyanın aparıcı universitetlərindən biliklər əldə edin.

Təklifdən istifadə etmək üçün GetSmarter platformasında mövcud qısamüddətli kurslardan birini seçin və ödəniş zamanı Visa-nın xüsusi promokodunu daxil edin - 2UESGSVISA15. Endirim avtomatik tətbiq ediləcək.

Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

Nəzərinizə çatdırırıq ki, promokod yalnız Visa kart sahibləri üçün keçərlidir, nağd pul və ya kreditlə dəyişdirilə bilməz və/və ya üçüncü şəxslərə ötürülə bilməz.

  • Təklif yalnız saytda qeyd edilən müəyyən qısamüddətli GetSmarter onlayn-kurslarına aid edilir.
  • Kurslara qeydiyyat zamanı tətbiq olunan əlavə qaydalar və şərtlərlə bu linkə keçid edərək GetSmarter platformasında tanış ola bilərsiniz.
  • Korporativ tariflər barədə məlumat almaq üçün bu elektron poçt ünvanı vasitəsilə birbaşa GetSmarter ilə əlaqə saxlayın: [email protected].
A man wearing glasses and a gray shirt intently looks at his laptop screen in a bright, modern office setting.

30 sentyabr 2024 tarixinədək

edX

Fərdi kurslara 15% endirim

Massaçusets İnstitutunun və Harvard Universitetinin təsis etdiyi edX interaktiv platformasında təhsil alın və Visa kart sahibləri üçün 15% endirimdən yararlanın.

Təklifdən istifadə etmək üçün hazırda edX platformasında mövcud olan 2500-dən çox kursdan birini seçin və ödəniş zamanı Visa-nın xüsusi promokodunu daxil edin - VISA15. Endirim avtomatik tətbiq ediləcək.

Təklif bütün Visa kart sahibləri üçün keçərlidir.

Nəzərinizə çatdıraq ki, promokodu yalnız ayrı-ayrı kurslar üçün istifadə etmək olar və proqramlar üçün istifadə etmək olmaz. Həmçinin promokod PennX və ya StandfordX kurslarına aid edilmir.

  • Promokod yalnız Visa kart sahibləri üçün keçərlidir, nağd pul və ya kreditlə dəyişdirilə bilməz və/və ya üçüncü şəxslərə ötürülə bilməz.
  • Endirimi əldə etmək üçün edX platformasında qeydiyyatdan keçdiyinizdən əmin olun.
  • Təklifin şərtləri və müddəti heç bir əlavə məlumat verilmədən dəyişdirilə bilər.
  • Visa şirkəti məlumatın düzgünlüyünə heç bir zəmanət vermir. Zəhmət olmasa, təklifin mövcudluğunu və keçərliliyini dəqiqləşdirmək üçün birbaşa edX ilə əlaqə saxlayın.

Azərbaycanda Visa kart sahibləri üçün mövcud digər təkliflərdən xəbərdar olun:

30 sentyabr 2024 tarixinədək

189 Taxi

Visa kartları ilə ödənişlərdə xüsusi təkliflər

31 dekabr 2024-dək

Booking.com

Booking.com-da yaşayış yerinin kirayəsinə 8%-dək endirim