Visa ictimai nəqliyyatda təmassız ödənişləri təmin edən Mobility & Transit Transaction texnologiyasını Azərbaycanda ilk dəfə tətbiq edir

Bu texnologiya sərnişinin ictimai nəqliyyatda gün ərzində etdiyi bütün gedişləri cəm etməyə və onların toplam dəyərini günün sonunda sərnişinin hesabından birdəfəlik silməyə, eləcə də təmassız ödənişləri bank kartları və ya NFC modullu cihazlar (smartfonlar və ağıllı saatlar) vasitəsilə həyata keçirməyə imkan verir